Yeyin için amma israf eləməyin (Araf 31)
Banu Atabay'ın Mütevazı Lezzetler Türk yemək tərifləri

Tort tərifləri


Yerköklü Tort (Tort tərifləri)

Banu Atabay's Havuclu Pasta
Ana Səhifə » Tort tərifləri » Yerköklü Tort


 Btn yem?k t?rifl?ri

 Video yem?k t?rifl?ri

 orba t?rifl?ri
 Salat t?rifl?ri
 Yumurta yem?kl?ri
 ?t yem?kl?ri
 Kabab t?rifl?ri
 Sakatat yem?kl?ri
 Kifte t?rifl?ri
 T?r?v?z yem?kl?ri
 Bal?q t?rifl?ri
 Toyuq yem?kl?ri
 Dolmalar
 Zeytunya?l?lar
 Baklagil yem?kl?ri
 A? t?rifl?ri
 Makaron t?rifl?ri
 Mr?bb?l?r Marmaladlar
 Kampotlar
 Tur?u t?rifl?ri

 Kk? t?rifl?ri
 Piroq t?rifl?ri
 Keks t?rifl?ri
 Peenye t?rifleri
 Tort t?rifl?ri
 X?mir i?leri
 Meyv? dadl?lar?
 Sdl dadl?lar
 ??rb?tli dadl?lar
 Halva t?rifleri
 Kanepeler
 Konfet t?rifl?ri
 ??c?k t?rifl?ri
 Marojna t?rifl?ri





Loading

Yerköklü Tort



Hazırlanması:
# Əvvəlcə tortun keksi hazırlanar. Keks üçün yerkökləri rəndələnər. Krem üçün az xaşlanmış yerkökləri rəndələnər.
# Çuxur bir qaba yumurtalar qırılar, üzərinə şəkər tozu əlavə olunar və miksərlə 8-10 dəqiqə qarışdırılar.
# Üzərinə 2 stəkan çiy yerkökü rəndəsi, un, günəbaxan yağı, döyülmüş qoz, qabartma tozu, vanil əlavə olunar. Bütün ləvazimatlar, xarca homogen dağılacaq şəkildə qarışdırılar.
# Ortası dəlik olmayan yuvarlaq bir keks qəlibi yağlanar, hazırlanan ləvazimat qəlibə tökülər.
# Əvvəlcədən az qızdırılmış 170 dərəcə sobada 55 dəqiqə bişirilər.
# Keks bişərkən krem hazırlanar. Qazana soyuq süd şəkər, un, nişasta qoyular, qarışdırılar.
# Orta atəşli ocaqda davamlı qarışdıraraq bişirilər.
# Krem, pudinq qıvamına gəlincə ocaqdan alınar, üzərinə xaşlanmış yerkökü rəndəsi və vanil əlavə olunar. Arada qarışdıraraq soyudular.
# Tam olaraq soyuyunca, toz krem şanti yerköklü kremin üzərinə tökülər, miksərlə 2-3 dəqiqə çırpılar
# Keks sobadan çıxıb bir az dinləndikdən sonra, eninə 3 bərabər parçaya kəsilər. Hər qat əvvəlcə bir az şəkərli su ilə sulandırılar, sonra qalan krem tortun üzərinə və yanlarına sürtülər.
# Tortun üzəri cem suyu damladaraq bəzədilər.
# Soyuducuda bir ecə dinləndirilər, dilimləyərək xidmət olunar.


Not: Krem şanti mövcud deyilsə, krem daha soyumadan, 1 yemək qaşığı dolusu marqarin qoyub, miksərlə az isti ikən çırpılar.

http://ml.md/az571


Digər Diller

       
Oxşar Təriflər
Seftalili Pasta Şəftəlili Tort
Tort tərifləri
Seftalili Pasta
2861 Baxılıb
Sat Jan 17, 2009 9:43 am
Kivili Pasta Feyxolu Tort
Tort tərifləri
Kivili Pasta
2731 Baxılıb
Sat Jan 17, 2009 9:45 am
Biskuvili Rulo Pasta Biskivitli Rulo Tort
Tort tərifləri
Biskuvili Rulo Pasta
8090 Baxılıb
Wed Jan 21, 2009 6:53 am
Muzlu Pasta Bananlı Tort
Tort tərifləri
Muzlu Pasta
6100 Baxılıb
Wed Jan 21, 2009 7:00 am
Havuclu Kek Yerköklü Keks
Keks tərifləri
Havuclu Kek
2009 Baxılıb
Wed Apr 29, 2009 9:41 am


4 Ədəd yumurta
1,5 Stəkan şəkər tozu
2 Stəkan incə yerkökü rəndəsi
2 Stəkan un
1 Qəhvə fincanı günəbaxan yağı
Yarım stəkan döyülmüş qoz
1 Paket vanil
1 Paket qabartma tozu (pakmaya)
Kremi üçün:
2 Stəkan süd
1 Yemək qaşığı buğda nişastası
1 Yemək qaşığı un
Yarım stəkan şəkər tozu
1 Paket vanil
Yarım paket toz krem şanti
Yarım stəkan xaşlanmışyerkökü rəndəsi